Bakının əsas yollarında sıxlıq yaranıb

11:04 - 15 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bu gündən etibarən ölkədə yeni tədrisin ilin başlaması ilə əlaqədar Bakı şəhərinin əsas prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 

Hazırda Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, paytaxta doğru), Masazır dairəsi, Moskva prospektində nəqliyyat vasitələri hərəkətsiz şəkildə dayanıblar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyimiz məlumata görə, bu dəqiqələrdə Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü istiqamətində), Ziya Bünyadov prospekti, Tbilisi prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi (İnşaatçılar prospektinə doğru), Rəşid Behbudov küçəsi (Mərkəzi Banka doğru), Azadlıq prospekti (Binəqədi şosesi), eləcə də Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Babək prospekti (nisbi sıxlıq), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısı), Koroğlu Rəhimov küçəsi, eyni zamanda Həsən Əliyev küçəsi ("Asan Xidmət"in qarşısı) və Niyazi küçəsində ("İçəri şəhər" metrosu istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.


Xəbər xətti