Ana səhifə
14 Noyabr 2018

Belə adlardan uzaq gəzirəm - Könül Kərimova

Müğənni Könül Kərimova şou-biznesdə özünə titul verən həmkarlarından danışıb. “Ucnoqta.az xəbər verir ki, “ATV maqazin” verilişinə açıqlamasında sənətçi həmkarlarını dəli adlandırıb: 
 

 

“Ruhi Əsəb Xəstəlikləri Dispanserində xəstələr deyir ki, mən Koroğluyam, Babəkəm. Biz böyüklərimizdən, sənətkarlarımızdan belə şeylər görməmişik. Onlar birincilik söhbəti etməyiblər. Kim olduğumuzu xalqdan soruşmaq lazımdır. Titullardan xoşum gəlmir. Belə adlardan uzaq gəzirəm. Bəzi tamaşaçılar belə şeyləri həzm edir. Bu sənətdə istədiyim yoldayam. Bu gün nəyisə əldə etməmişəmsə, bu mənim öz günahımdır”. 

Könül Kərimova yaradıcılıq işlərindən də danışıb:

“Cabbar Musayevlə yenidən işbirliyimiz olacaq. Cabbar “Könül” ansamblımla da çalışacaq, duetlər ifa edəcəyik. Çoxdandır ki, konsert arzusundayam. Səmimi konsert vermək istəyirəm”. (Qafqazinfo.az)

 

Tarix
7 Noyabr 2014 [16:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin