Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb

16:00 - 14 Sentyabr 2016 - Mədəniyyət

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Şəkidə keçiriləcək “Üç Məkan” II Şəki Beynəlxalq Teatr Festivalının Türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılmış, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.  
TÜRKSOY-un baş katibi Düsen Kaseinov səmimi qəbula görə Nazirə təşəkkürünü bildirmiş, 2016-cı il tarixində Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulamış və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirilib.

Xəbər xətti