Ana səhifə
19 Noyabr 2018

Müsavatçılar daxildə barışıq axtarır

Tahir Kərimli: “Bu gərginlik getdikcə dərinləşəcək, hansısa barışıq danışıqları məsləni həll etməyəcək”

«Bu gün müxalifət iqtidar olmaq uğrunda mübarizə aparmaq şansını da itirib»


Qurultaydan conra Müsavatda davam edən Arif Hacılı-Qubad İbadoğlu “qarşıdurması” partiyanı parçalanmaya doğru aparır. Bunun qarşısının alınması üçün onların görüşüb problemi müzakirə edəcəkləri gözlənilirdi. Müsavatçılar belə güman edirlər ki, dünən üçün (noyabrın 8-də) nəzərdə tutulan bu görüş baş tutardısa, partiya daxilində yaranmış antaqanist ziddiyyətlər aradan qalxa bilər, partiyanın hazırki durumu ciddi müzakirələr hesabına aradan qalxar və gələcəyə yönəlik pozitiv təkliflər müzakirə oluna bilərdi. Guya məqsəd ayrı-ayrı şəxsləri deyil, Müsavatın özünü bu arzuolyunmayan vəziyyətdən çıxarmaqdır. Amma gözlənildiyi kimi görüş baş tutmadı. Niyə? Belə olacaqdısa, nəyə görə Qubar İbadoğlu-Arif Hacılı qarşıdurması gündəmdə özünün rəngarəngliyini saxlayır?
Müsavat Partiyası daxilində yaranmış gərginlik düşərgənin keçmiş üzvləri tərəfindən də birmənallı qarşılanmır. Vəhdət Partiyasının sədri Tahir Kərimli bu gün Müsavatdakı vəziyyəti ümummüxalifət böhranının böyük bir hissəsi adlandırdı. Onun sözlərinə görə, müxalifətin iki arparıcı qüvvəsi olan AXCP və Müsavat məhz keçmiş baza üzərində platforma quraraq fəaliyyət göstəriblər. Ancaq müxalifətin zaman-zaman uduzması, hakimiyyəti əldən verməsi bu partiyaların öz sosial bazalarını itirməsinə gətirib çıxarıb. T.Kərimli dedi ki, bu gün müxalifət iqtidar olmaq uğrunda mübarizə aparmaq şansını da itirib. “Müxalifətin iki aparıcı partiyası daha çox bir-birilərinə qarşı mübarizə aparırlar. Təsadüfi deyil ki, mənim keçmiş silahdaşlarımın mütləq əksəriyyəti artıq o partiyalarda yoxdur. O cümlədən də köhnə həmkarlarımız, dostlarımız həmin qurumları tərk etməkdədirlər”.
Onun sözlərinə görə, Müsafat partiyasında vəziyyətin bu cür böhranlı olmasında qurultay sadəcə bir bəhanədir. “Müsavat Partiyası öz nüfuzunu itirməkdədir. Sanki hər kəs bir bəhanə axtarıb partiyadan qalib kimi ayrılmaq istəyir. İsa Qəmbər bəhanə axtarırdı ki, partiyanı uduzmaqda günahlandıranda ona az pay düşsün. Ona görə də başqanın kimin seçilməsindən asılı olmayaraq bu proseslər baş verəcəkdi və baş verdi də. Hazırda Müsavatı xilas etmək üçün barışıq, danışıqların aparılması kifayət deyil.Çünki bu böhran çox dərinə işləyib. Artıq partiyada o qədər antaqonist, barışmaz mövqelər sərgilənib ki, bir-birini o qədər təhqir ediblər ki, hər hansı bir görüşün nə isə nəticə verəcəyi də inandırıcı görünmür.
T.Kərimli eyni zamanda Müsavatdaxili məsələlərdə AXCP-nin əlinin olduğunu düşünür. Onun sözlərinə görə, artıq neçə illərdir ki, bu pariya müxalifətin lideri olmaquğrunda çarpışır. T.Kərimli bütün hallarda bu qüvvələrin barışıq şansının olmadığını dedi. O, hesab edir ki, artıq bu mexanizm işə düşüb və onu saxlamaq çətidir.
T.Kərimli bildirdi ki, məsələnin kökündə dayanan odur ki, A.Hacılı başqan seçilsə də, elitanın çoxu Q.İbadoğlunun tərəfində olub. “Hətta Arif Hacılının dostu Mehman Cavadoğlu belə onu dəstəkləmədi. Müsavat elitasını təşkil edən Hikmət Hacızadə, Vurğun Əyyub və digəriləri Q.İbadoğlunu dəstəkləyirlər”.

T.Qafarlı

Tarix
7 Noyabr 2014 [16:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin