Hillari Klinton seçki kampaniyasına davam edəcək

10:57 - 14 Sentyabr 2016 - SİYASƏT

ABŞ prezidentliyinə namizəd Hillari Klinton pnevmaniyadan sağalan kimi seçki kampaniyasına davam edəcək. BBC xəbər verir ki, bu barədə onun qərargahından bildiriblər.

H.Klintonun prezident yarışında iştirakdan mümkün imtinası barədə yayılan şayiələri şərh edən onun nümayəndələri xanım diplomatın artıq sağalmaq üzrə olduğunu və sentyabrın 15-də xəstəxanadan çıxmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, sentyabrın 11-də 2001-ci ildə törədilmiş terror aktının qurbanlarının anım mərasimində H.Klintonun halı pisləşmişdi. Müvazinətini itirən xanım diplomatı mühafizəçiləri və köməkçiləri onu gözləyən avtomobilə tərəf aparmışdı.

Xəbər xətti