Çempionlar Liqasında I turun oyunları keçirilib

10:54 - 14 Sentyabr 2016 - İDMAN

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsi çərçivəsində I turun bir sıra oyunları keçirilib.

Günün əsas oyunu Parisdə PSJ və "Arsenal" klubu arasında baş tutub.
Fransa və İngiltərə klubları arasında keçirilən oyun səmərəli heç-heçə ilə başa çatıb, bununla belə komandalar oyunu tam heyətlə tamamlamayıblar. Hər iki komandanın heyətində bir futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
"Barselona" və "Bavariya" öz rəqiblərini darmadağın ediblər. İspanlar "Seltik"lə, almanlar isə "Rostov"la qarşılaşıblar.
"Mançester Siti" – "Borussiya Münhenqladbax" oyunu pis hava şəraiti səbəbindən sentyabrın 14-nə təxirə salınıb.
"A" Qrupu
PSJ — "Arsenal" 1:1
Qollar: Kavani, 1 — Sançes, 78
"Bazel" — "Ludoqorets" 1:1
Qollar: Şteffen, 80 — Kafu, 45
"B"Qrupu
"Benfika" — "Beşiktaş" 1:1
Qollar: Servi, 12 – Taliska, 90+3
"Dinamo Kiyev" – "Napoli" – 1:2
Qollar: Qarmaş, 26 (1:0); Milik, 36 (1:1); Milik, 45+2 (1:2).
"C" Qrupu
"Barselona" – "Seltik" 7:0
Qollar: Messi, 3, 27, 60, Neymar, 50, İnyesta, 59, Luis Suares, 76, 89
"D" Qrupu
"Bavariya" – "Rostov" 5:0
Qollar: Levandovski, 28, penaldan, Müller, 45+2, Kimmix, 53, 60, Bernat, 90
PSV – "Atletiko" 0:1
Qollar: Saul Nyiqes, 43

Xəbər xətti