İntihar məqsədi ilə özünə bıçaq xəsarəti yetirib - Abşeron sakini

10:53 - 14 Sentyabr 2016 - HADİSƏ

Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, 33 yaşlı yerli sakin Fidatəy Əhmədov qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralıya tibbi yardım göstərilib. Hadisə barədə polisə məlumat verilib. Dindirilmə zamanı Fidatəy Əhmədov özü özünü bıçaqladığını bildirib. Onun ifadəsinin nə dərəcədə doğru olduğu aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı başlanılan araşdırmalar davam edir.

Xəbər xətti