Şirvanda Qurban Bayramı qeyd olunub – FOTOLAR

23:32 - 12 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sentyabrın 12-də Şirvan şəhərində müsəlman aləminin müqəddəs bayramlarından olan qurban bayramı yüksək səviyyədə qeyd olundu. Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı iləşəhərin müxtəlif yerlərində sanitar-gigiyenik və İslam qaydalarına uyğun olaraq müvəqqəti kəsim yerləri təyin olunmuşdur. Qurban Bayramı ilə əlaqədar şəhərdə yaşayan şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və vetaranları, Çernobul əlilləri və kimsəsisiz ailələrə bayram sovqatı vermək məqsədilə təşkil olunmuş kəsim məntəqələrində üç mindən çox ailəyə bayram payı verilib. 

Daha sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Milli Məclisin Şirvan şəhərindən seçilmiş deputatı Rafael Cəbrayılov, eləcə də bələdiyyəvə İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə  şəhər ictimaiyyətinin bir qrupu ilə görüş keçirilib. Görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və Milli Məclisin deputatı Rafael Cəbrayılov qurban bayramı münasibətilə şəhər ictimaiyyətini təbrik ediblər, Qurban Bayramının İslam dinindəki yeri və əhəmiyyətindən danışıblar. Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman əhalinin aztəminatlı ailələrinə olan diqqət və qayğısı barədə çıxış ediblər. 
Sonra görüşdə iştirak edən Şirvan sakinlərinə qurban payı və gündəlik məişətdə istifadə olunan ərzaqlardan ibarət bayram paketi təqdim olundu. Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs Qurban bayramının Şirvan şəhərində də  yüksək səviyyədə keçirilməsinə və onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinə böyük minnətdarlıqlarını bildiriblər.

 

Elmin


Xəbər xətti