Türkiyədə güclü partlayış: yaralılar var

12:39 - 12 Sentyabr 2016 - DÜNYA

Türkiyənin Van vilayətində güclü partlayış baş verib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Van vilayətinin mərkəzində, qubernatorluğun və hakim Ədalət və İnkişaf Partiyası nümayəndəliyinin binaları arasında baş verib.
Yaralıların olduğu bildirilir. Partlayış yerinə xilasedicilər və tibbi briqadalar göndərilib.

Xəbər xətti