Ana səhifə
15 Noyabr 2018

“Qalatasaray” və Mourinyo?

«Qalatasaray» klubunun həm ölkə çempionatında, həm Çempionlar Liqasında oyunları alınmır. Bu səbəbdən də "Qalatasaray"ın baş məşqçisi Çezare Prandellinin istefaya göndəriləcəyi gündəmə gəlib.  Düzdür klubun vitse-prezidenti Abdurrahim Albayrak italiyalı mütəxəssisin "Qalatasaray"da qalacağını deyib: "Baş məşqçi dəyişikliyi olmayacaq. Bununla bağlı yekur qərarımızı vermişik. Heç bir məşqçi ilə də danışıq aparmırıq".

 

 

Bu açıqlamaya baxmayraq  “Qalatasaray” haqqında yeni bir iddia ortaya atılıb. Bu xəbər Mourinyo ilə bağlıdır. Türkiyənin tanınmış futbol mütəxəssislərindən biri olan Erman Toroğlunun bir verilişdə “ Hakan Şükür İngiltərəyə Mourinyo ilə görüşməyə və ondan “Qalatasaray” üçün yeni bir  baş məşqçi barəsində məsləhət almağa  gedib” söyləməsi futbolsevərlərin diqqətini çəkib. Maraqlıdır ki, bu xəbərdən sonra Hakan Şükürün Mourinyo ilə çəkdirdiyi şəkili sosial şəbəkədə paylaşması bu iddiaların həqiqiliyinə inananların sayını artırıb. Amma Hakan Şükürdən fərqli açıqlama gəlib. “ Qalatasaray idman klubunun bu və ya digər sahələrdə başqalarının məsləhətinə ehtiyyac duymayacaq şəkildə çalışan peşəkar bir idarə heyyəti var”,- o deyib. İstənilən halda «Qalatasaray» rəhbərliyinin gizli olaraq kluba baş məşqçi axtardığı İstanbul komandasının pərəstişkarlarında  şübhə doğurmur. Onlar tezliklə baş məşqçinin dəyişdirləcəyinə əmindirlər.

 

Qed edək ki, ardıcıl biabırçı məğlubiyyətlərdən  sonra hazırkı baş məşqçi Pradellinin göndərilməsi gündəmdədir.

 

 

Samir Mehralıyev

Tarix
7 Noyabr 2014 [16:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin