Şəkidə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

16:29 - 9 Sentyabr 2016 - HADİSƏ

 Şəki rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Cuma kəndi ərazisində qeydə alınıb. İki maşının toqquşması nəticəsində 5 nəfər ağır yaralanıb. Yaralılar təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, vəziyyətləri ağır olan yaralıların hələlik şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti