Ana səhifə
23 Sentyabr 2018

Əbülfəs Qarayev Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunla görüşüb

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən ucnoqta.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında bütün sferalarda yaxın dostluq münasibətlərindən söhbət açılıb, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Ə.Qarayev Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığı yüksək dəyərləndirib, turizm sahəsində yeni layihələrin həyata keçirilməsində qardaş ölkənin təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan incəsənətinin, maddi-mədəni irsinin qorunması və təbliği, eləcə də digər sahələrdə əməkdaşlığın ölkələrimiz arasındakı münasibətlərdə mühüm amil olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir İsmayıl Alper Coşqun iki ölkə arasında bundan sonra da əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.

Tarix
9 Sentyabr 2016 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin