Bakının mərkəzində bahalı avtomobil yeraltı keçidə girdi -FOTOLAR

14:21 - 9 Sentyabr 2016 - HADİSƏ

Bu gün gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib. Lent.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb. Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib.  Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

 
*****

Bu gecə Bakının mərkəzində avtomobil yeraltı piyada keçidinin çıxışına çırpılıb. Lent.az-ın məlumatına görə, saat 02:40 radələrində Neftçilər prospektində (Kukla Teatrının qarşısı) 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Arif oğlunun idarə etdiyi “Land Rover” markalı, 90 RE 006 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yeraltı keçidin çıxışına çırpılıb.
 Nəticədə sürücü kəllə-beyin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub. 


Xəbər xətti