"Elmlər Akademiyası"nın əsas çıxışı vaxtından əvvəl açılacaq

12:12 - 9 Sentyabr 2016 - ÖLKƏ İÇİ

"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir.

Bu barədə trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, hazırda stansiyada təmir işlərinin əksər hissəsi görülüb: "Əslində stansiyanın açılışı oktyabr ayına planlaşdırılmışdı. Sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, yaxın günlərdə stansiyanın açılışı nəzərdə tutulur".
Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənir. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.

Xəbər xətti