Tərtərdə transformator yanıb

14:50 - 8 Sentyabr 2016 - HADİSƏ

Tərtər rayonunda “Azərişıq” ASC-yə məxsus transformator yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Buruc kəndində “Azərişıq” ASC-yə məxsus transformatorun yağı, sarğıları və ərazidə 10 m² sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti