Hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb - ABŞ-da

11:17 - 8 Sentyabr 2016 - HADİSƏ

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "T-45" təyyarəsi təlim uçuşu zamanı Missisipidə, aeroport yaxınlığında yerə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Associated Press" xəbər yayıb.
Məlumata görə, hadisə Meridian şəhəri yaxınlığında, yerli vaxtla saat 13:15-də qeydə alınıb.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Penni Rendal bildirib ki, tələbə və təlimatçı pilot katapulta (təyyarəçini havaya tullamaq üçün xüsusi mexanizm - "Report") vasitəsilə xilas olublar. Rendalın sözlərinə görə, onlar xəstəxanaya yerləşdiriliblər və hər ikisinin həyatı üçün heç bir təhlükə yoxdur.  
Qəzanın başvermə səbəbləri məlum deyil. Hərbi Hava Qüvvələri insidentlə bağlı araşdırma aparır.

Xəbər xətti