ABŞ-ın müdafiə naziri: "Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək"

11:00 - 8 Sentyabr 2016 - SİYASƏT

"Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək". "RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter Londonda keçirdiyi mətbuat konfransında xəbər verib.

Onun sözlərinə görə, İŞİD hazırda şəhərin o qədər də əhəmiyyətli olmayan hissəsində mövqe tutub.
"Mən onların (Liviya ordusunun) şəhəri tezliklə kiçik sayda müqavimətçilərdən azad edəcəyini gözləyirəm" – deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, ABŞ şəhərin tam azad edilməsindən sonra da Liviya ordusuna yardımı dayandırmaq niyyətində deyil.
Qeyd edək ki, Siirtdə terrorçulara qarşı əməliyyat bir neçə aydır davam edir.

Xəbər xətti