Torpaq sürüşməsi zamanı 9 nəfər həlak olub - Qvatemalada

10:30 - 8 Sentyabr 2016 - HADİSƏ

Qvatemalanın paytaxtından cənubda, Vilya-Nueva bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi zamanı 9 nəfər həlak olub

"TASS" agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və qarşısının alınması Milli əlaqələndirmə mərkəzinin nümayəndəsi David de Leon xəbər verib.
Xilasedicilər sürüşmədən sonra itkin düşən səkkizyaşlı uşağın axtarışlarını davam etdirir.
Təbii fəlakət zamanı bir neçə yaşayış binası dağılıb. Xilasedicilər 30 ailəni ərazidən təxliyə ediblər.

Xəbər xətti