Keçmiş “OMON”çuların məhkəməsi başlayır

16:13 - 7 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sabah Qaradağ Rayon Məhkəməsində ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun barəsində olan hökmün dəyişdirilməsi üçün verilən ərizəyə baxılacaq.

Bu barədə vəkil Elçin Sadıqov “facebook” səhifəsində yazıb.
O qeyd edib ki, proses hakim Rəşad Məmmədovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun barəsində ölüm hökmü çıxarılıb. Sonradan onların cəzaları ömürlük cəza ilə əvəzlənib. “OMON”çularla bağlı 2004-cü ildə təkrar məhkəmə keçirilsə də, onlar haqda qanunsuz silahlı birləşmələrdə iştirak, dövlətə xəyanət ittihamları dəyişdirilməyib. 

Xəbər xətti