Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı açıqlandı

16:01 - 7 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bakıdakı Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq.

Bu barədə məscidin axundu hacı Mircəfər Əyyubov məlumat verib.
M.Əyyubov vurğulayıb ki, ölkənin bütün məscidlərində bayram namazı eyni saatda qılınacaq.
Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq.

Xəbər xətti