Dolların məzənnəsi necə müəyyən edilir?

12:10 - 7 Sentyabr 2016 - İQTİSADİYYAT

Mərkəzi Bank məzənnələr üzrə maraqlı alqoritm qurub. 17 avqustdan etibarən bəri “üzən məzənnə”də bir riyazi mexanizm nəzərə çarpır. 

Fins.Az xəbər verir ki, iqtisadçı Aqil Zeynallının müşahidə etdiyi “model” isə belədir:
“Məzənnə təyin edilir və 2 gün ərzində sabit qalır. Növbəti gün 41 bənd  və ya 0,25% artım baş verir. Sonra həmin məzənnə 3 gün müddətində sabit qalır.
Beləliklə, bu günə elan olunan məzənnənin 1,6403 səviyyəsində olması çox gümanki, eyni prinsiplə alınıb: 1,6362+0,0041. Əgər belə davam etsə, onda sentyabrın 8-ində məzənnə 1,6403 səviyyəsinə yüksələcək. 9-dan 15-nə kimi 1,6444, 16-sı və 19-da isə 1,6485-ə çatacaq”.
Ekspertlər ümid edirlər ki, bu, sadəcə bir təsadüfdür və müvafiq orqanlar ölkənin məzənnə siyasəti ilə bağlı ciddi şəkildə düşünməlidirlər. Yəni, söhbət devalvasiyadan getmir, devalvasiyanın necə olacağından gedir. 

Xəbər xətti