Qurban bayramında 2,2 tonluq buğa kəsiləcək- FOTO

12:30 - 7 Sentyabr 2016 - MARAQLI

Türkiyənin Çorum rayonunun Alaca kənidində 6 il bəslənilən 2 min 207 kiloqramlıq cins buğanı ankaralı iş adamı alıb.

"Milliyet" xəbər verir ki, iş adamı Bülent Bolat "Şahin" adlı bu buğanı Qurban bayramında kəsəcək.
Buğanı Müfit Gürses adlı kəndli bəsləyib. O, təsərrüfatında 1 500 kiloqramlıq "Rokki" adlı daha bir buğanın olduğunu söyləyib: "Onun gələn il Qurban bayramında iki tonu keçəcəyinə inanıram. "Rokki"ni də gələn il satacağıq". 


Xəbər xətti