Ana səhifə
17 Noyabr 2018

“İdmançılar yarışa pul dilənib gedir” - Etiraz

Quba rayon sakini 28 yaşlı Laçın Əli oğlu Abdulhüseynov idman rəisinin pəhləvanlara dəstək olmadığını bildirib.

 

 

Ucnoqta.az” xəbər verir ki, “Qafqazinfo” müraciətində L.Abdulhüseynov bildirib ki, Qubada fəaliyyət göstərən “Əli” idman klubunun baş məşqçisi olub: “10 ilə yaxındır rayon tədbirlərində pəhləvan kimi iştirak edirəm. Dəfələrlə qol güləşi üzrə respublika çempionu olmuşam. Gürcüstanda avqustun 3-də keçirilmiş “Qafqaz” dünya rekordları federasiyası tərəfindən iki nominasiya üzrə ilk azərbaycanlı kimi iki qat dünya rekordçusu oldum və “Ginnes” rekordlar kitabına namizəd adını aldım.

 

Buna baxmayaraq mən rayon gənclər idman idarəsi Mustafa Nohbalayev tərəfindən dəstəklənmirəm. O dəfələrlə mənə yalan vədlər verərək aldadıb. Bankdan 2 min manta kredit götürüb Gürcüstana getdim və ölkəmizin bayrağını qaldırmağa nail oldum. Mustafa Nohbalayev isə üzərinə düşən vəzifəsinin öhdəsindən gəlmir.

 

Mən 2 ay əvvəl nazir Azad Rəhimova şikayət məktubu yazdım. Nohbalayev mənə dedi ki, məktublar onun özündədir. Bu vaxta qədər bir dəfə də dövlət büdcəsindən ayrılan vəsait hesabına yarışa gedə bilməmişəm. İdman rəisi buna imkan vermir. Bakıda keçirilən yarışları bizdən gizlədir. Mən Türkiyədə “Yetenek Sizsiniz”ə və gözlə ağır yük qaldırmaya görə Almaniyaya “Ginnes”in rekordlar kitabına düşmək üçün dəvət ediblər. Mustafa Nohbalayev bu yarışlara getməyim üçün mənə heç bir dəstək vermir. İdmançıların əksəriyyəti ondan narazıdır. Büdcədən ayrılan pulları hara xərcləyir bilmirəm. İdmançılar yarışlara ya öz hesablarına ya da imkanlı şəxslərdən pul dilənib gedirlər. Mustafa Nohbalayev idmançılara pul ayırmır”.

 

“Biz onun üçün ayrıca Novruz bayramı keçirmişik”

 

Mustafa Nohbalayev isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Laçın Abdulhüseynova hər zaman kömək edib: “Tək ona yox, bütün idmançılara lazımi qədər dəstək olmuşuq. Mənim bu il dünya və Avropa çempionlarım var. Türkiyəyə, Gürcüstana, Almaniyaya getmək idmançının şəxsi marağıdır. Bunlar rəsmi yarış deyil, idmançının şəxsi karyerası üçündür. O gəlib deyə bilər ki, mənə 15 min manat verin. Mən dövlət idarəsinin işçisiyəm. Nazirlikdən verilən təlimat əsasında işləyirəm. Kimsə şəxsi karyerası üçün hansısa tədbirə gedəcəksə, mən ona müəyyən qədər dəstək oluram. Amma daha bütün xərclərini qarşılayacaq qədər yox da. Biz onun üçün icra hakimiyyəti ilə birgə ayrıca Novruz bayramı keçirdik. Laçın cavan oğlandır, görünür kiminsə təsiri altına düşüb. Mən özüm onunla görüşüb söhbət edəcəyəm”.

Tarix
7 Noyabr 2014 [14:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin