Avtomobil piyadanı vurub - Goranboyda

11:50 - 7 Sentyabr 2016 - HADİSƏ

Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakini, 1985-ci il təvəllüdlü Tural Rüstəmov qonşusunun idarə etdiyi avtomobil tərəfindən vurulub. Xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti