Parlament spikeri Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsini təklif edib

11:43 - 7 Sentyabr 2016 - SİYASƏT

Gürcüstan parlamentinin spikeri, Respublika Partiyasının üzvü David Usupaşvili Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsini  təklif edib. O, bunun ölkənin həyatı üçün vacib olduğunu vurğulayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu təklifi D. Usupaşvili dünən “Rustavi 2” televiziya kanalında çıxışı zamanı irəli sürüb: “Gürcüstanın NATO-ya üzvlüyü real olana qədər Gürcüstan ABŞ və digər NATO ölkələri hərbi bazalarının sərhədləri daxilində yerləşdirilməsinə çalışmalıdır. Bu, ölkənin müdafiəsi və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”.

O, həmçinin üzvü olduğu partiyanın seçki proqramı haqqında da danışıb.

Xəbər xətti