Bu il 15 milyard dollarlıq silah satacaq - Rusiya

11:38 - 7 Sentyabr 2016 - DÜNYA

Rusiya 2016-ci il ərzində 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır. Ucnoqta.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rosoboroneksport”un baş direktorunun müavini Sergey Qoreslavski deyib.

S.Qoreslavski bildirib ki, “Ötən il olduğu kimi, biz 13 milyard dollar dəyərində silah satmağı planlaşdırırıq. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin göstəriciləri ilə birlikdə bu rəqəm təqribən 15 milyard dollar təşkil edəcək”.

S.Qoreslavski xatırladıb ki, “Rosoboroneksport” bu il artıq 7 milyard dollar dəyərində silah satıb: “Hər şey plan üzrə gedir”.

Xəbər xətti