Dağıstanın iki rayonunda antiterror əməliyyatı keçirilib

11:16 - 7 Sentyabr 2016 - DÜNYA

Dağıstanın İzberbaş rayonu və Mahaçqalanın Kirov rayonunda antiterror əməliyyatı keçirilib.

"Report" "Kafkaz uzel"ə istinadən xəbər verir ki, İzberbaşda keçirilən əməliyyat nəticəsində bir terrorçu zərərsizləşdirilib.
İnformasiyaya əsasən, Mahaçqaladakı silahlılar və İzberbaşda zərərsizləşdirilən terrorçu cari ilin avqustunda İzberbaşda iki polis əməkdaşını, eləcə də Serqokalin rayonunda qətllər törətməkdə şübhəli bilinirlər.
TASS-ın məlumatına görə, Mahaçqaladakı əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, avqustun 12-də naməlum şəxslərin iki polisi qətlə yetirib, gizləndiyi barədə rəsmi məlumat yayılmışdı.

Xəbər xətti