Ana səhifə
19 Noyabr 2018

"Xaç atası" filmindəki mülk 195 mln. dollara satışa çıxarılıb

Los-Anceles dairəsində yerləşən "Xaç atası" filmindən səhnələrin çəkildiyi Kaliforniya mülkü 195 milyon dollara satışa çıxarılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti yazıb.
Söhbət Los-Ancelesin qərbində, məşhur Beverli-Hillz rayonu ərazisində 1925-ci ildə inşa edilən evdən gedir. O, ABŞ ərazisində ən bahalı daşınmaz əmlak obyektlərindən biri hesab edilir. İki hektarlıq sahədə gecə klubu və kinoteatr daxil olmaqla altı tikili yerləşir, yaşayış kompleksi isə 28 yataq otağı və 38 sanitariya qovşağından ibarətdir.
Malikanədə, həmçinin mənzərəli bağlar, iki tennis kortu, hovuz və 400 nəfər üçün nəzərdə tutulmuş qəbul zonası var. Binanın memarlıq elementləri ispan və italyan üslubları ilə uzlaşır.
Mülk son zamanlar ayı 600 min dollara kirayəyə verilib. Onun hazırkı sahibi Leonard Ross tikiliyə görə əvvəlkindən 30 milyon dollar çox pul tələb edir.

Tarix
7 Sentyabr 2016 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin