Vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb

11:02 - 7 Sentyabr 2016 - HADİSƏ

Çərşənbə axşamı ABŞ-ın Florida ştatının Palm-Bey şəhəri ərazisində "Sikorsky S-61" tipli vertolyotun qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən NBC teleşirkəti məlumat yayıb.
Onların sözlərinə görə, bilavasitə qəzadan öncə mühərrikdə hansısa problemin olduğu sezilməyib, o, aşağı düşməyə başlayıb və yerə çırpılıb.
Helikopter aviatexnika təmiri ilə məşğul olan "AAR Corp" şirkətinə məxsus olub.

Xəbər xətti