"BMW" markalı minik avtomobili yanıb - Bakıda

11:00 - 7 Sentyabr 2016 - HADİSƏ

Gecə saatlarında Bakının Xətai rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti