Təyyarə qəzası nəticəsində 6 italiyalı ölüb - Makedoniyada

10:55 - 7 Sentyabr 2016 - HADİSƏ

Çərşənbə axşamı Makedoniyada kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 6 İtaliya vətəndaşı həyatını itirib.Bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, Almaniyada qeydiyyatda olan "Piper PA-34-200T" təyyarəsi Trevizo (Veneto vilayəti) şəhər aerodromundan havaya qalxaraq Priştinu (Kosovo) istiqamətində yola çıxıb və Veles şəhəri ətrafında (Makedoniyanın mərkəzi hissəsi) qəzaya uğrayıb.
Qeyd edilir ki, aviaqəzaya pis hava şəraiti səbəb ola bilər.

Xəbər xətti