Ana səhifə
10 Dekabr 2018

Yağışlar Fransanı iflic edib

Oktyabrın 6-dan 7-nə keçən gecə güclü küləklə müşayiət olunan aramsız yağışlar Fransanın cənub bölgəsini yenidən iflic vəziyyətinə salıb.
AzərTAC-ın məlumatına görə, daha çox zərər görən Herolt departamentinin prefekti aylıq normadan artıq düşən yağıntı nəticəsində qonşu Gar və Var departamentlərində də vəziyyətin çıxılmaz olduğunu bildirib.
Yağışların əmələ gətirdiyi daşqınlar hər üç departamentin bir çox yaşayış qəsəbələrində yer sürüşməsinə səbəb olub, bəzi yerlərdə magistral yolları yarasız halla salıb, güclü külək yüzlərlə ağacı kökündən qoparıb, elektrik xətlərini sıradan çıxarıb və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Daşqınlara daha çox məruz qalan Herolt departamentində mindən artıq insan təhlükəsiz yerə köçürülüb, 700 ev işıqsız qalıb.
Təbiətin yaratdığı fəsadları aradan qaldırmaq üçün 400-ə yaxın yanğınsöndürən səfərbər olunub.

Tarix
7 Oktyabr 2014 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin