Ana səhifə
19 Noyabr 2018

«Azərbaycan “Böyük sülh sazişi” üzərində işləməyə hazırdı»

E.Məmmədyarov: «Bu, yalnız işğalçı Ermənistanın Azərbaycan ərazilərini boşaltmasından sonra mümkün olacaq»

 

 

Zaur İbrahimli: “Azərbaycanın “Madrid prinsipləri”ni qəbul etməsi belə Yerevana çox böyük güzəş sayıla bilər.”

 

 

Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü “böyük sülh sazişi üzərində işləmək lazımdır” təklifi rəsmi Bakı tərəfindən müsbət qarşılanır. Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov bir daha ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh prinsiplərinə hazır olduğunu və artıq sülh sazişi üzərində işləməyin lazım olduğunu bəyan edib. E.Məmmədyarov eyni zamanda bunun yalnız işğalçı Ermənistanın Azərbaycan ərazilərini boşaltmasından sonra mümkün olacağını xüsusi vurğu ilə qeyd edib. Ekspertlər həmsədr dövlətlərinin, eləcə də Fransanın münaqişənin həllinə yönəlik irəli sürdüyü təkliflərin həyata keçirilməsinin daim işğalçı dövlət tərəfindən pozulduğunu qeyd etməklə yanaşı, beynəlxalq güclərin məslənin həlli ilə bağlı ciddi mövqe sərgiləmədiyini önə çəkirlər.

Politoloq Zaur İbrahimli xatırlatdı ki, hələ 2009-cu il noyabrın 29-da ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyana Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri üzrə kompromislər layihəsini təqdim ediblər. Onun sözlərinə görə, bu sənəd “Madrid prinsipləri” adlandırılıb. Daha sonra Minsk qrupu həmsədrləri tərəflərə yenilənmiş “Madrid prinsipləri”ni təqdim ediblər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yenilənmiş “Madrid prinsipləri” rəsmi Bakı üçün məqbuldur. Ermənistanın mövqeyində isə biz ziddiyyətlər müşahidə edirik. Rəsmi Yerevean gah “Madrid prinsipləri” əsasında danışıqların davam etdirilməsinə razılıq verir, gah da ümumiyyətlə elə şərtlər irəli sürür ki, bunlar bütün mümkün kompromisləri zidd olur. Ermənilər Dağlıq Qarabağın müstəqill dövlətə çevrilməsində israr edirlər. Bu yanaşma isə “Madrid prinsiplər”inə tamamilə ziddir.

Politoloq hesab edir ki, “Madrid prinsipləri” Azərbaycanın ərazi bütövlüyünün qorunması və Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmələri tələbləri ilə bağlı kompromis yanaşmadır. “Bu prinsiplərdə ən əhəmiyyətli müddəa “Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi, bütün nəqliyyat və ticarət yollarının açılması”-dır. Həmçinin,  bu prinsiplər Kəlbəcər və Laçın üçün xüsusi şərtlər razılaşdırma olmaqla Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılmasını nəzərdə tutur. Eyni zamanda münaqişə zonasına beynəlxalq təhülkəsizlik qüvvələrinin yerləşdirilməsi də bu prinsiplərdə nəzərdə tutulub. Atəşkəs rejiminin qorunması, sülh təəbbüslərinin davam etdirilməsi və dəstəklənməsi də bu prinsiplərdə əks olunub.

Amma təbii ki, bu prinsiplərin hazırlanmsı olduqca mühüm addım olsa da əsas, ən mürəkkəb mərhələdə qarşıdadır. Xüsusən detalların razılaşdırılmasında fərqli mövqe və yanaşmalar müşahidə edilir. Əgər bu prinsiplər əsasında sülh sazışı hazırlanacaqsa, Dağalıq Qarabağın müvəqqəti statusu, hansı müddətdən sonra referendum keçirilməsi, referenduma  hansı məsələlərin çıxarılması, kimlərin referendumda iştirakına icazə verilməsi, beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibi, mandatı, onların dislokasiya yeri və müddətləri, qaçıqın və məcburi köçkünlərin geri qayıtması, Dağlıq Qarabağın Ermənistanla kommunikasiyaları, bu kommunikasiyala nəzarət və s. çox   mürəkkəb məsələlər var ki, bunlar ətrafında ən azı kompomis yanaşma tapılmalıdır. Təsadüfi deyil, “böyük sülh sazişi” ifadəsini tez-tez eşidirik. Doğurdan da çox böyük razılaşmalar əldə olunmalıdır ki,  davamlı barışıq əldə olunsun. Hər hansı razılaşdırılmamlş detal gələcəkdə böyük fəsadlara yol aça bilər”.

Z.İbrahimli dedi ki, Azərbaycan öz tərəfindən müstəqlil siyasət yürüdərək sülh sazişinin imzalanması üçün bütün mümkün və hətta deyərdim ki, bir çox hallarda ermənilərə güzəşt kimi qiymətləndirilə biləcək addımlar atır. “Azərbaycanın “Madrid prinsipləri”ni qəbul etməsi belə Yerevana çox böyük güzəş sayıla bilər. Amma Ermənistan öz xarici siyasətində asılı bir dövlətdir. Bu qərarlar bir qayda olaraq yalnız Yerevanda qəbul olunmur. Həmçinin, görünən budur ki, ermənilər  indiki mərhələdə yenə danışıqlar görüntüsü altında vaxt uzadmağa üstünlük verirlər. Eyni zamanda “Böyük sülh sazişi” nin imzalanması və işləməsi üçün qlobal miqyasda kompomislər, razılaşmalar  və dəstək olmalıdır. Bu mütləq şərtlərdən biridir. Amma indiki vəziyyətdə bundan yalnız ifrat optimistlər danışa bilər. Tezliklə bu istiqamətdə əməli addımlar atılması da qlobal geosiyasi proseslərdən asılıdır. Bu isitiqamtdə isə hələ ki, ümidvericilə  siqnallar görmürürk”.

 

Tahirə Qafarlı

 

Tarix
7 Noyabr 2014 [13:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin