Putin İslam Kərimovun məzarına gül dəstəsı qoyub

11:44 - 6 Sentyabr 2016 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarına qırmızı qızıgüllərdən hazırlanmış buket qoyub.

"TASS" xəbər verir ki, Vladimir Putin bu gün Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.
İslam Kərimovun məzarının ziyarəti zamanı Rusiya prezidentini Özbəkistanın baş naziri Şavkat Mirziyoyev müşayiət edib.
Qeyd edək ki, İslam Kərimov sentyabrın 3-də Səmərqənddə tarixi Şahe-Zinde qəbristanlığında, Həzrəti-Xızır məscidinin yaxınlığında torpağa tapşırılıb. Onun valideynləri də bu qəbristanlıqda dəfn olunublar.

Xəbər xətti