Məmməd İbrahim atasının ölümünə görə azadlıqda

11:37 - 6 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim atasının yas mərasimi üçün sərbəst buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə oğlu Turan İbrahim sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, M.İbrahim hazırda azadlıqdadır və yas mərasimi üçün Yevlax rayonuna yola düşüb.
Qeyd edək ki, müşavirin atası sentyabrın 3-də vəfat edib və bu gün 3 mərasimidir.
Xatırladaq ki, Məmməd İbrahim CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilib.

Xəbər xətti