Ana səhifə
23 Sentyabr 2018

Namiq Aygünlə videosundan danışdı: “…Münasibətimiz düzəlib”

Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə birlikdə yayılan videosundan danışıb. 

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, “Səs verməyin” verilişinin qonağı olan sənətçi aparıcının “Aygün Kazımova və Namiq Qaraçuxurlu söhbəti hələ də gündəmdədir. İnsanlar ayrılma səbəbinizi bilmək istəyir. Amma mən o haqda soruşmayacam. Bu yaxınlarda birlikdə duet oxuduğunuz yerdə videonuz yayılıb. Deyirlər, duetdən sonra Aygünlə Namiq səhnədə bir-birinə nəsə deyib, ilıq münasibətlər yaranıb. Tamaşaçılarda şübhə oyanıb ki, yenidən elektriklənmə olub. Köhnə münasibətiniz indi nə yerdədir” sualına belə cavab verib:

“Aygün xanımla aramızda əvvəl soyuqluq var idi. Amma sonradan münasibətimiz düzəlib, həmişə yaxşı olub. Bir dəfə Aygün xanıma dedim ki, bir-birimizin haqqında danışmayaq. Həmin gündən hər ikimiz münasibətimizlə bağlı suallara cavab vermirik. Tamaşaçı da elə bilir ki, küsülüyük. Aygündən halallıq almışam. Bu yaxınlarda tədbirlərin birində olduq. Həmin video da orada çəkilib, yayılıb. Həmişəki halımızdır. Dostuq, münasibətimiz indi də yaxşıdır. Biz yaradıcı insanıq, işimizlə məşğuluq. Münasibət bir yana, iş bir yana”.

Qeyd edək ki, Moskvada toy məclisində çəkilən videonu A.Kazımova İnstaqram səhifəsində paylaşıb. 

 

Tarix
7 Noyabr 2014 [13:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin