Zooparkda qartal qadına hücum edib – Avstraliyada

10:52 - 6 Sentyabr 2016 - HADİSƏ

Avstraliyanın Qold-Kost şəhərindən (Kvinslend ştatı) cənubda yerləşən Karrambin heyvanat parkında qartal qadın ziyarətçiyə hücum edib.

Bu barədə ABC teleşirkəti məlumat yayıb.
Təqribən 30 yaşı olan zərərçəkən üz və əl nahiyələrində dərin yaralarla təcili surətdə Qold-Kost xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir.
Zoopark işçiləri hadisə ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edirlər.
Heyvanat parkının internet saytında "Quşların sərbəst uçuşu" adlı şou yerləşdirilib. Videoda qartalların insanların başı üzərindən uçduğu müşahidə olunur.

Xəbər xətti