İŞİD-in Suriyadakı mövqelərinə 9 artilleriya zərbəsi endirib - Türkiyə

10:51 - 6 Sentyabr 2016 - DÜNYA

Türkiyə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə 9 artilleriya zərbəsi endirib.

Bu barədə ölkənin silahlı qüvvələrinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Zərbələr "Fərat qalxanı" əməliyyatı çərçivəsində hücum qaubitsalarından endirilib. Bundan əlavə, İŞİD-in nəzarətində olan 7 kənd Türkiyənin müttəfiqi "Azad Suriya Ordusu" qruplaşması tərəfindən azad edilib.

Xəbər xətti