Kinoteatrlarda film nümayişi zamanı reklam yayımlanması qadağan edilib

10:45 - 6 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, qaydalara aşağıdakı məzmunda 18-ci hissə əlavə edilib:
“18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır”.

Xəbər xətti