Sumqayıtda kafe yanıb

14:33 - 5 Sentyabr 2016 - HADİSƏ

Gündüz saatlarında Sumqayıt şəhərində yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan kafenin taxtadan ibarət tavanı 9 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti