Ana səhifə
19 Sentyabr 2018

Asteroidə Freddi Merkürinin adı verilib

Beynəlxalq Astronomiya İttifaqı asteroidə əfsanəvi Queen qrupunun vokalistinin adını verib

Beynəlxalq Astronomiya İttifaqı asteroidə əfsanəvi "Queen" qrupunun vokalisti Freddi Merkürinin adını verib.  
"The Telegraph" saytı xəbər verir ki, bu barədə qrupun gitaraçısı Brayan Mey müğənninin 70-illik yubileyinə həsr olunmuş gecədə bildirib. 
"Beynəlxalq Astronomiya İttifaqının kiçik planetlər mərkəzi müğənninin vəfat etdiyi ildə (1991-ci il) kəşf edilmiş 17473 saylı asteroidə Merkürinin adını verib. Bundan sonra həmin asteroid 17473 Freddi Merküri adlanacaq", - ixtisasca astrofizik olan gitaraçı qeyd edib. 
Fəza cismi Mars və Yupiter planetləri arasında yerləşən asteroidlər kəmərindədir. 
Fars əsilli məşhur britaniyalı müğənni,  "Queen" rok-qrupunun vokalisti Freddi Merküri 1946-cı il sentyabr ayının 5-də Zənzibar şəhərində anadan olub.  "Seven Seas of Rhye", "Killer Queen", "Bohemian Rhapsody", "Somebody to Love", "We Are the Champions", "Crazy Little Thing Called Love" və s. hit mahnıların müəllifidir. F.Merküri 1991-ci il noyabr ayının 24-də QİÇS fonunda yaranan bronxopnevmoniyadan vəfat edib. 

Tarix
5 Sentyabr 2016 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin