Ebru “O Ses Türkiye”dən birdəfəlik getdi - FOTO

14:09 - 5 Sentyabr 2016 - MAQAZİN

Məşhur müğənni Ebru Gündeş üç ildir ki, münsif olduğu “O Ses Türkiye”dən ayrılıb.

Sənətçi bu barədə sosial şəbəkədə məlumat yayıb.
Gündeş bildirib ki, artıq münsif kürsüsündə əyləşməyəcək:
“3 ildir ki, böyük həyəcan və xoşbəxtliklə əyləşdiyim “O Ses Türkiye”dəki münsif kürsümdə olmayacam, bunu böyük bir kədər ilə bildirmək istəyirəm. Həyatda hər kəs başına nə gəlirsə, gəlsin, sağlamlıq problemi olmadığı təqdirdə yaşamağa və işinə davam edər, buna məcburdur. Mən də gücümün çatdığı qədər özüm, ailəm və komandam adına buna çalışıram.
“O səs Türkiye” isə böyük bir komandadır, mənimlə və mənsiz vardırlar, hər zaman da olacaqlar. Acun İlıcalıdan bu il icazə istədim, o da hər zamankı kimi məni başa düşdü. Acun və Acun Media - TV 8 ailəsi başda olmaqla, Hadise, Murad, Gökhan və Hakan, hər birinizə minnətdaram”.

Ebru “O Ses Türkiye”dən birdəfəlik getdi -  Fotolar


Ebru “O Ses Türkiye”dən birdəfəlik getdi -  Fotolar
Ebru “O Ses Türkiye”dən birdəfəlik getdi -  Fotolar

 

Xəbər xətti