Azərbaycan, Türkiyə və Türkmənistan Aşqabad bəyannaməsini imzalayıblar

14:06 - 5 Sentyabr 2016 - İQTİSADİYYAT

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıblar.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, sənəd üç ölkənin nəqliyyat nazirlərinin birinci iclasında imzalanıb.
Sənədi Türkiyə tərəfindən Ə.Arslan, Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistan tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imzalayıblar.

Xəbər xətti