Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb - SİYAHI

13:34 - 5 Sentyabr 2016 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi məlumata görə, tura sentyabrın 9-da start veriləcək. 

Ümumilikdə 4 qarşılaşma yenə 3 günü əhatə edəcək. İlk 2 görüş Bakının Masazır qəsəbəsindəki "Əlincə Arena"da, qalanları Gəncə və Sumqayıtda olacaq. Bütün görüşlər "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

9 sentyabr (cümə)

18:30. “Qarabağ” – AZAL
“Əlincə Arena”

10 sentyabr (şənbə)

20:00. “Neftçi” – “Qəbələ”
“Əlincə Arena”

11 sentyabr (bazar)
16:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu

20:30. “Sumqayıt” – “İnter”
Sumqayıt, “Kapital Bank Arena” 

Xəbər xətti