Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb

14:22 - 4 Sentyabr 2016 - HADİSƏ

 Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, qəza şəhərin Koroğlu küçəsində iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti