Bakıda istirahət mərkəzində yanğın

10:17 - 4 Sentyabr 2016 - HADİSƏ

Bakıda istirahət mərkəzinin ərazisində kafe yanıb. Uvnoqta.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 60 m2 olan 2 otaqdan ibarət kafenin yanar konstruksiyaları yanıb. Kafenin içərisindəki əşyalar yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti