Bakıda "Qazel" və "Kamaz" toqquşdu: 2 ölü

10:12 - 4 Sentyabr 2016 - HADİSƏ

Bakıda ağır yol qəzası baş verib. Ucnoqta.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşub.Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 04:51-də başa çatıb.

Xəbər xətti