Türkiyə tankları İŞİD-in nəzarəti altında olan daha bir bölgəyə daxil olub

15:27 - 3 Sentyabr 2016 - DÜNYA

 Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Çobanbey bölgəsinə daxil olub. "Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgəyə hərəkət etmək üçün bir neçə gün hazırlıq görüblər.

Məlumata görə, 4 tank Çobanbeyin Əlibəyli sərhəd kəndinə keçərək bölgənin mərkəzinə doğru hərəkət edib.
Xəbərdə bildirilib ki, avqustun 24-də başlayan "Fırat kalkanı" əməliyyatında Cerablusdan sonra Çobanbey bölgəsində əməliyyata başlanılıb.
Məlumata görə, Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir.
Xəbərdə vurğulanıb ki, Çobanbey qəsəbəsinin sakinləri türkmənlərdir. Bununla da Cerablus-Çobanbey əlaqəsini təmin etmək üçün "Fırat kalkanı" antiterror əməliyyatının üçüncü mərhələsi başlayıb. Hədəf bu mərhələdə 10 gün ərzində 70 kilometrlik ərazinin terrorçu İŞİD qruplaşmasından təmizlənilməsidir.

Xəbər xətti