Azərbaycanın terrorizmə qarşı mübarizə üzrə təcrübəsi müzakirə ediləcək

14:37 - 2 Sentyabr 2016 - SİYASƏT

Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş Prokurorlar Koordinasiya Şurasının 26-cı iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər yayıb ki, iclas iştirakçıları Azərbaycanın terrorizmə qarşı mübarizə, Ermənistanın iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərin istintaqına nəzarət, Belarusun iqtisadi cinayətkarlığa qarşı mübarizə üzrə təcrübəsini müzakirə edəcəklər.
İclasda növbəti müddətə Şuranın sədri seçiləcək və növbəti iclasın keçirilmə tarixi və yeri təyin olunacaq.

Xəbər xətti