Təhlükəsizlik tədbirləri gücləndirilib - Səmərqənddə

14:35 - 2 Sentyabr 2016 - DÜNYA

Özbəkistanın Səmərqənd şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Özbəkistan KİV-i xəbər verir ki, şəhərin mərkəzi küçələrində bir sıra yollar bağlanıb.
Sentyabrın 2-də Daşkənd - Səmərqənd marşrutu üzrə hərəkət edən "Əfrasiyab" sürət qatarının reysi təxirə salınıb.
Qeyd edək ki, bir müddət əvvəl "Fərqanə" İnformasiya Agentliyi Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovun dəfn edilməsi üçün hazırlıq işlərinin görüldüyü haqda məlumat yaymışdı. Agentlik mənbəsinə istinadən bildirib ki, ölkə prezidentinin ölümü barədə məlumat sentyabrın 2-də elan olunacaq, dəfn mərasimi isə ertəsi gün keçiriləcək. Bir sıra KİV isə Özbəkistan baş naziri Şavkat Mirziyayevin artıq Səmərqənddə olduğunu yazıb.

Xəbər xətti